1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ"nin hücumçusu millidə fərqləndi
"Qəbələ"nin estoniyalı futbolçusu Sergey Zenyov milli komandasının heyətində fərqlənib. Sportnet.az-ın məlumatına görə, 27 yaşlı hücumçu Malta yığması ilə az öncə başa çatan yoldaşlıq görüşündə 57-ci dəqiqədə hesabı açıb. Ancaq maltalılar bundan cəmi 2 dəqiqə sonra bərabərlik qolunu vura bilib. Matç elə 1:1 hesabı ilə başa çatıb.
Sergey 2008-ci ildən şərəfini qoruduğu millidə yubiley - 10-cu qoluna imza atıb. Bu, estonların 2018-ci il dünya çempionatının seçmə mərhələsində son hazırlıq matçı olub.
Xatırladaq ki, Zenyov bu yay "Qəbələ"nin heyətində Avropa Liqasında 3 qol vurub.