1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Vidoş"un tarixi qolu və 20 illik yubiley - VİDEO
Bu gün Azərbaycan milli komandası üçün əlamətdar bir gündür. Sportnet.az-ın məlumatına görə, millimizin ilk rəsmi qələbəsinin 20 illik yubileyidir. Bu, 1996-cı ilin avqustun 31-də İsveçrə yığması üzərində Tofiq Bəhramov adına Respublika stadionunda qazanılan 1:0 hesablı qələbədir.
Matç 1998-ci ilə dünya çempionatının seçmə mərhəlsi çərçivəsində ilk ev oyunu idi. Millimiz seçmə mərhələdə hələ AVRO-1996-da debüt etsə də, həmin vaxt ölkədə vəziyyətin gərgin olması ilə əlaqədar ev qarşılaşmalarının doğma meydanda keçirilməsinə icazə verilməyib. Nəticədə Azərbaycan yığması rəqiblərini qardaş ölkədə - Trabzon şəhərində "Avni Aker" stadionunda qəbul etməli olub.
Növbəti sçemə mərhələdə isə FİFA və UEFA-nın qadağası üzərimizdən götürüldü. Həmin vaxt Kazbek Tuayevin baş məşqçisi olduğu yığmamız AVRO-1996-nın final mərhələsindən iştirak edən İsveçrə yığması ilə çətin sınaq qarşısında idi. Ancaq Avropada böyük sensasiyaya səbəb olan qələbəni qazana bildik. Bu tarixin qolun müəllifi Vidadi Rzayev olub. "Vidoş" ləqəbli təcrübəli yarımmüdafiəçi 26-cı dəqiqədə sürətli əks-hücumdan sonra Yunis Hüseynovun məhsuldar ötürməsini qola çevirib. İsveçrəlilərin ikinci hissədə məğlubiyyətdən xilas olmaq üçün real şansı olsa da, penaltidən Aleksandr Jidkovun qoruduğu qapıya yol tapa bilməyiblər.