Çimərlik futbolu üzrə Azərbaycan millisi 2017-ci il Dünya Kubokunun Avropa komandaları arasında seçmə mərhələsinin ikinci raundunda ilk oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, İtaliyanın Yezolo şəhərində baş tutan görüşdə rəqib İspaniya yığması olub.
Qarşılaşma 4:2 hesabı ilə başa çatıb. Millinin heyətində İlkin Hacıyev, Sabir Allahquliyev və Orxan Məmmədov fərqlənib. Bir dəfə isə ispaniyalı futbolçu topu öz qapısına göndərib.
Qeyd edək ki, milli komanda növbəti oyununu sentyabrın 8-də İsveçrə yığmasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.