1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
Tərlan Əhmədov: "Mən heç kimə demərəm ki, vaxtı ud"
"Çox mübariz oyun getdi. Bir xal qazandıq. Bu da yaxşı haldır". Sportnet.az-ın məlumatına görə, bu fikirləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov AZərbaycan Premyer Liqasında "Sumqayıt"la 1:1 hesabı ilə nəticələnən səfər matçından sonra keçirilən mətbuat konfransında bildirib. O, istədiyi mübarizəni gördüklərinə görə futbolçularına minnətdarlıq edib: "Qarşıdakı fasilə müddətində çatışmazlıqları aradan qaldırmaq üçün bir neçə oyun keçirmək istəyirik. Bu gün Ruslan Əmircanovu sərbəst oyunçu kimi oynatdım. Mirabdulla Abbasov oyuna girdikdən sonra ona imkan vermədik. Futbolçularım zədə aldıqdan sonra onların vaxt udmasını demərəm. Futbol kişi oyunudur. O vaxtlar əsgərliyə getməyənin kişilik məktəbi keçmədiyini bildirirdilər. İtalya futbolunda vaxt udmaq, simulyasiyalar üçün məşq etdirirlər. Futbolun gözəlliyi də bundadır. Amma heç kimə demərəm ki, vaxt ud".