1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Tsxadadze Premyer Liqa hakimlərini "yıxıb-sürüdü"
Hazırda "Kayrat" komandasına rəhbərlik edən Bakı "İnter"inin baş məşqçisi Kaxaber Tsxadadze Qazaxıstan futbolundakı hakimliyi kəskin tənqid edib. Sportnet.az-ın məlumatına görə, 48 yaşlı mütəxəssis "Ordabası" ilə 1:1 hesablı heç-heçə etdikləri Premyer Liqanın XXIX tur matçından sonra Denis İzmaylovun rəhbərlik etdiyi briqadadan narazılığını bildirib.
Gürcüstanlı mütəxəssis deyib: "Mən heç vaxt hakimlik məsələsini qabartmamışam. Amma bu gün biabırçılıq idi. Başqa sözüm yoxdur. Gözəl oyun sərgiləyən futbolçuları, komandanı, Qazaxıstan futbolunun sifətini öldürmək sadəcə, mümkün deyil. Bir qapıya hakimlik olmaz. Hər zaman dözməyə çalışmışam, amma bu gün baş verənlər özbaşınalıqdan başqa bir şey deyil. Obyektiv olmaq lazımdır. Biz futbolun inkişafı üzərində düşünməliyik. Amma belə futbolla inkişaf olmayacaq".
Qeyd edək ki, çempionatın sonuna 3 tur qalmış 62 xalla 2-ci pillədə yer alan "Kayrat" 2-ci pillədədir və lider "Astana"dan 3 xal geri qalır. Lakin "Astana"nın Avropa Liqasındakı qrup mərhələsindəki çıxışı ilə əlaqədar təxirə salınmış 2 oyunu ehtiyatda durur. Amma "Kayrat" ən azı gümüş medalı təmin edib.