
"Neftçi" məğlubiyyət seriyasına son qoyub. Sportnet.az-ın məlumatına görə, Bakı klubu Azərbaycan Premyer Liqasının VII turunun "Kəpəz"lə qarşılaşmasında qazandığı 2:0 hesablı qələbə ilə "qara zolaq"dan çıxıb.
Son 5 matçda qələbə və xala həsrət qalan "ağ-qaralar" sonuncu dəfə avqustun 6-da sevinib. Səfərdə AZAL-a 2 cavabsız qol vuran bakılılar 56 gündən sonra xal əldə edib.
Ardıcıl 5 dəfə uduzmaqla, ölkə çempionatları tarixində özünün ən uzun seriyasına imza atan bakılılar digər antirekorda imkan verməyib. Paytaxt təmsilçisi tarixində 6-cı dəfə qələbəsizlik seriyasını 5-ə çatdırsa da, 2015-ci ildə 9 oyunluq uğursuzluğun təkrarlanmasına imkan verməyib.
"Neftçi" ötən il 1 dəfə doqquz, 1 dəfə altı görüşdə qalib gələ bilməyib.