
FİFA prezidenti Canni İnfantino dünya çempionatının final mərhələsinin iştirakçılarının sayının artırılması varinatından danışıb. Sportnet.az-ın məlumatına görə, qurum rəhbəri həlledici mərhələdə sayın 32-dən 48-dək artırılmasının mümkünlüyünü nəzərdən keçirdiklərini bildirib.
İnfantino detalları da izah edib: "İdeya ondan ibarətdir ki, 16 komanda səpələnən kimi seçiləcək. Qalan 32 yığma isə pley-off mərhələsində 16 yığma uğrunda oynayacaq. Belə götürəndə, dünya çempionatında 32 yığma iştirak edəcək. Ancaq bu futbol bayramına 48 yığma düşəcək. İndi bu ideya FİFA-da müzakirə olunur. Son qərar 2017-ci ildə qəbul olunacaq. Biz ən uğurlu variantı müəyyənləşdirəcəyik".
FİFA prezidenti qurumun ideyasının futbolun bütün dünyada inkişaf etməsi olduğunu bildirib: "Dünya çempionatı isə ən böyük turnir sayılır. Bu, rəqabətdən böyükdür, sosial olaydır".