Tanınmış rusiyalı futbolçu Andrey Arşavinin qazaxıstanlı jurnalistlə mərc olayında yeni səhifə açılıb.
Sportnet.az-ın məlumatına görə, "Kayrat" klubunun hücumçusu şəxsən onun 8 qol vuracağına şübhə etdiyi üçün mərcə girən jurnalist Pyotr Volikova başını keçəl qırxa biləcəyini bəyan etmişdi. Arşavin bunu klubun mətbuat xidmətinin yaydığı videomüraciətdə söyləmişdi.
Volikov Arşavinin "Kayrat"a keçidindən sonra Qazaxıstandakı perspektivinə şübhə ilə yanaşmış və hətta mərcə də girərək futbolçu 8 qol vuracağı təqdirdə başını keçəl qırxdıracağını bildirib. Bazar günü isə 35 yaşlı Arşavin "Aktobe" ilə oyunda klubunun heyətində 8-ci qolunu vurub və mesajını göndərib: "Pyotr, mövsümün əvvəlində 8 qol vuracağım təqdirdə, başınızı keçəl qırxadıracağınızla bağlı cəsarətli mərcə girmişdiniz. Mən bunu bacardım. Vaxtı və yeri təyin edin, şəxsən özüm sizi keçəl eləməyə hazıram".
Mərci uduzan jurnalistin cavabı özünü çox gözlətməyib. O, videomüraciətində futbolçuya başını keçəl qırxa biləcəyi yeri təyin edib: "Andrey, salam! Mən Qazaxıstan çempionatında 8 qol vurmaqla bağlı sizinlə mərcə girməyə özündə cəsarət tapan həmin jurnalistəm. Mən sözümə görə cavab verməyə və başımı sizə etibar etməyə hazıram. Sizə "Astana" meydanında oktyabrın 6-da saat 14:00-da görüş təyin edirəm!"