1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Nazim Süleymanovun komandası "qara zolaq"da: Yenə 0:4-lə start
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığma komandası (U-19) uğursuzluq zolağından çıxa bilmir. Sportnet.az-ın məlumatına görə. Nazim Süleymanovun yetirmələri ardıcıl 5-ci rəsmi oyundur meydanı məğlub tərk edir. Son məğlubiyyət 2017-ci il Avropa çempinatının seçmə mərhələsinin startında Avstriyadan 0:4 hesabı ilə olub.
Süleymanov U-19-da işlədiyi 2-ci mövsümdə yalnız 1 dəfə qalib gəlib. Bu, ötən seçmə mərhələdə Bosniya və Herseqovina üzərində 1:0 hesabı ilə olub. Təcrübəli mütəxəssis həmin seçmə mərhələdə debütündə də məhz 0:4 hesabı ilə uduzmuşdu. Onda rəqib Ukrayna idi. Yəni Süleymanov 2-ci dəfədir seçmə mərhələyə 0:4 hesablı məğlubiyyətlə başlayır. Ötən il ikinci qrup matçında isə Türkiyə yığmamıza 1:0 hesabı ilə qalib gəlmişdi.
Nazim Süleymanovun komandası ötən seçmə mərhəkədə cəmi 1 qələbə qazansa da, qruplarda ən yaxşı 3-cü yeürn sahiblərindən biri kimi elt-raunda çıxmışdı. Ancaq burada hər 3 oyun məğlubiyyətlə nəticələnib - Fransa 0:2, İngiltərə 0:1, Danimarka 0:3. Göründüyü kimi, U-19 son 7 rəsmi oyundan 6-da məğlub olub ki, bunların yarısı böyükhesabla oub.
Xatırladaq ki, Nazim Süleymanovun yetirmələri növbəti oyununu oktyabrın 6-da hələ ki yeganə qələbəsini qazandığı bosniyalı həmyaşıdları ilə keçirəcək.