1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimizin rəqibini cəzalandıran sloveniyalı
2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində Çexiya ilə oyuna baş hakim kimi təyinayt almış Matey Yuq Azərbaycan millisi üçün yad deyil. Sportnet.az-ın məlumatına görə, 36 yaşlı FİFA referisi DÇ-2014-ün seçmə mərhələsində İsraillə Bakıda keçirilmiş görüşdə iş başında olub.
2012-ci il sentyabrın 7-də baş tutmuş qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. Görüş ərzində üç futbolçu sarı vərəqə ilə cəzalandırılıb ki, bunların hamısı qonaqlara qismət olub.
Elə həmin seçmə tsikldə - 2013-cü il 11 oktyabrda o, Çexiyanın səfərdə Maltanı 4:1 hesabı ilə yendiyi görüşdə də baş hakim olub. Bu dəfə hərəyə bir futbolçu sarı vərəqə alıb.
Referi karyerası ərzində qapılara 10 penalti zərbəsi təyin edib. Ümumilikdə futbolçulara 12 qırmızı vərəqə göstərən Yuq 262 dəfə "sarı" üçün əlini cibinə atıb.
2007-ci ildə FİFA referisi adını alan Yuq I kateqoriyaya daxildir.