1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimizin rəqibində iki itki
2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının seçmə qrup mərhələsində Azərbaycan millisi ilə qarşılaşacaq Çexiya yığması itki ilə üzləşib. Sportnet.az-ın Çexiya Futbol Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, yarımmüdafiəçi Martin Fridek və qapıçı Yaroslab Drobnı zədələnib.
Hər iki futbolçu komandanbın bu gün səhər baş tutmuş məşqində zədələnib. MRT müayinəsindən sonra futbolçunun menisk və xaçvari əzələsindən zədələndiyi məlum olub. Qapıçı Drobnının isə məşq zamanı mübarizələrin birində dirsək sümüyü sınıb. Təcrübəli qapıçının qolu gipsə salınıb.
Qeyd edək ki, oktyabrın 11-də Ostravada keçiriləcək Çexiya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.