
Azərbaycan Premyer Liqasında ilk dövrənin sonuncu - "Neftçi" ilə oyunundan (0:2) sonra 4 günlük istirahətə buraxılan "Kəpəz"in üzvləri sabah bir araya gələcək. Sportnet.az-ın məlumatına görə, komanda məşqləri Bakıda bərpa edəcək.
"Sarı-göylər" hazırlığı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçəcək. Gəncə klubunun oktyabrın 6-na olan məşqi saat 16:00-da başlayacaq. Sonrakı üç gün ərzində keçiriləcək məşqlər isə saat 11:00-a təyin olunub.
Qeyd edək ki, "Kəpəz" VIII turda AZAL-ın qonağı olacaq. Oyun oktyabrın 16-da keçiriləcək.