1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ramin Musayev: "Kəpəz" rəhbərliyini tanımıram"
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Kubokunun püşkatmasından sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az qurum rəhbərinin müsahibəsini təqdim edir.
- Kubokun finalı harada keçiriləcək?
- Final oyununu bölgədə keçirmək fikrimiz var. Çox istərdim ki, bu Lənkəran olsun. Amma "Xəzər Lənkəran" öz fəaliyyətini dayandırıb. Mən sözü açıq adamam. "Neftçi" finala çıxsa, Lənkərana apara bilmərəm. Əksinə olsa, gedə bilərik. Lənkəran şəhər polis rəisi ilə danışıb, təhlükəsizliyə təminat versələr, o azarkeşlərə hörmət olaraq orada keçirə bilərik. Bundan başqa istərdim Qəbələdə, Gəncədə də ola bilər. 90 faiz ehtimalla bölgələrdə olacaq. Bizə jurnalistlərin köməyi də lazımdır. Elə problemlərlə üzləşirik ki, jurnalist yanımızda olanda o həll olunur.
- "Bakılı" - "Zaqatala" oyununda baş verənlərə münasibətiniz necədir?
- Bununla bağlı məlumatım var və video yazılara baxmışam. "Bakılı"nın birinci topu azarkeşlər tərəfindən yaxşı qarşılanmadı ki, top xətti keçmişdi. Ancaq top xətti keçməyib. Bunu yan və baş hakim təsdiqləyir. Bundan sonra azarkeş yenə söyüş söyür. Bu adam hakimin səhv və ya düz olmasına baxmır. Hakimə bəraət vermirəm. Hakimə deyirlər ki, kim nə desə, sən heç nə eşitmirsən. Amma oyundan sonra xətrinə dəyən olsa, vur. Bunu demişəm və arxasında durururam. Hakim düz etməyib. Sözsüz ki, hər kəsin öz mənliyi var. Bir daha belə hal təkrarlanarsa, başqa yollara əl atacağıq. Çəkinmirik və heç kimin yanında gözü kölgəli deyilik.
- Kubokun sponsoru məsələsi nə yerdə qaldı?
- Sponsor yoxdur. Təkliflər oldu, amma o heç kubokun formasını dəyişməyə dəyməz.
- "Mil Muğan"a siz nəzarət edirsiniz. Bu komanda kubokda niyə iştirak etmir?
- Mən sözümdən qaçmıram və bu komanda nəzarətimdədir. Buraya gəlmədən öncə klubla söhbət etdim. Baş məşqçidən xahiş etdim ki, bizə qələbə yox, yaxşı oyun göstərmək və oyunçu lazımdır. Biz Qurban Qurbanovla birgə çalışanda 6 oyunda qələbə qazana bilmədik. Çempionluğa oynayanda bizi saxlayan keçmiş AFFA rəhbərliyi oldu. Tələsmək lazım deyil. Hələ çempionat başa çatmayıb. Yanvardan sonra limitlə bağlı dəyişiklər olacaq. Komanda çempionat başlamazdan 15 gün qabaq yaranıb. Nəyə gələk? Məsələn, gəlib düşsün "Qəbələ" ilə... Bu klubun insafı yoxdur və gəlsin 10 dənə qol vursun. Elə bil "jiquli" ilə BMW yarışır. Başqa komandalar özünə güvənir. Amma biz hazır deyilik.
- "Kəpəz"in bazası bu gün acınacaqlı vəziyyətdədir. Son oyunda mətbuat üçün normal yer də yox idi. Klub rəhbərliyi ilə danışıq olub bu barədə?
- Vallah "Kəpəz" klubunun rəhbərliyinin kimliyini tam bilmirəm. Klubun komandası, baş məşqçisi var. Varsa, gəlsin görüşək.
- Əvvəllər PFL ayın oyunçusunu seçirdi. Bunu bərpa etmək olar?
- Biz artıq I Divizionda ayın oyunçusunu seçirik. Çox gözəl də alındı. 5 ən yaxşı qol seçilmişdi. Aşağı dəstəni işıqlandırmalıyıq. Əksəriyyəti gənc oyunçulardır və futbolun gələcəyini onlarda görməliyik.
- Həqiqətən aşağı dəstədə gərgin mübarizə gedir. V turda səhv etmirəmsə, 4 canlı yayım olub.
- Bəzi stadionlarda internetlə bağlı problem olduğu üçün onlayn yayım da verə bilmirik. Komanda öz oyununu taparsa, oyunlar canlı yayımlanacaq. "CBC Sport" hansı oyunu desək, təmənnasız göstərməyə hazırdır.
- Ötən il ölkə kubokunun yayımında problem yaşanmışdı. Yayım hüququ kimidə olacaq?
- Dəqiq qərar yoxdur. Ancaq "CBC Sport"la danışıb yayım məsələsini həll edə bilərik.
- Hakimlərin söyülməsi ilə bağlı..
- - Səhvlər olur. Amma hakimləri söymək olmaz. O da insandır. Hakimlərə oyun zamanı kənardan çox təzyiqlər olur. "Qəbələ" - "Sumqayıt" oyununda səhv vardı. Ancaq İnqilab söyülməməli idi. "Qarabağ", "Qəbələ" avrokuboklarda Azərbaycanı təmsil edir və burada da hakim səhvləri olur. Demirəm səhvləri gizləyək, əksinə deyək. Beynəlxalq oyunlarda da səhvlər olur. Ancaq bizdə də yaxşı hakimlər var. Əliyar Ağayev kimi hakimimiz var. O yenə Avropa Liqasına təyinat alıb. Amma hansı olduğunu bilmirəm.
- Söyüş söyməklə bağlı hansısa qanun yoxdur?
- Belə qanun var. Biz onu nəzərə alıb cəzalandırırıq. Buna başqa don geyindiririk, söyüşə görə cəzalanıb yazmırıq.