
Hazırda "Kayrat" klubunda çıxış edən məşhur rusiyalı futbolçu Andrey Arşavin qazaxıstanlı jurnalist Pyotr Volikovun başını keçəl qırxıb.
Sportnet.az-ın məlumatına görə, "təntənəli" mərasim Almatının Respublika meydanındakı "Almalı" Ticarət Mərkəzində keçirilib.
Mövsümün əvvəlində Volikov bildirib ki, Arşavin 8 qol vursa, başını keçəl qırxdıracaq. Təcrübəli hücumçu sentyabrın 25-də "Aktobe" ilə Qazaxıstan çempionatının XXVIII tur matçında 8-ci qolunu vurub. Daha sonra o, jurnalistin başını şəxsən özünün qırxacağını deyib.