
AFFA-nın İntizam Komitəsi Azərbaycan I Divizionunda çıxış edən "Səbail" klubunu futbolçusu Ramazan Abbasovu cəzalandırıb. Sportnet.az-ın məlumatına görə, futbolçu 2 oyun komandasına kömək edə bilməyəcək.
Buna səbəb Abbasovun V turda "Energetik"lə keçirilmiş matçın 87-ci dəqiqəsində kobud oyuna görə birbaşa qırmızı vərəqə almasıdır. Nəticədə klub 160 manat cərimələnib.
Həmin oyunda ikinci sarı vərəqə alaraqn meydandan kənarlaşdırılan "Energetik"in futbolçusu Kamran Lev isə 1 oyunluq cəzaya məruz qalıb və klubu 20 manat ziyana düşüb.
Komitənin qərarına əsasən hər iki komanda 4 futbolçusu "sarı" aldığı üçün 80 manat cərim edilib.