1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ"ın prezidenti: "Bayrağı başqasına təklif edəcəyik"
"Qarabağ"ı əvvəlki kimi dəstəkləyirik, devalvasiyaya baxmayaraq onlara ayırdığımız vəsaiti azaltmayacağıq". Sportnet.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Qarabağ" klubunun prezidenti Abdulbari Goozal deyib.
A.Goozal bildirib ki, təmsil etdiyi qurum sonacan bu klubu dəstəkləyəcək: "Son qəpiyimizə qədər "Qarabağ"a dəstək olacağıq. Bu bizim borcumuzdur. "Qarabağ" bizim üçün qürur mənbəyidir. "Qarabağ" Qarabağın mövcudluğunun sübutudur. Təcavüzkar ölkə bu adı ələ keçirmək üçün çalışır. Klubu saxlayacağıq, əgər bacarmasaq bayrağı başqasına təklif edəcəyik".
Klub prezidenti "Qarabağ"ın son oyunu ilə bağlı da danışıb: "Qarabağın uğursuzluğuna üzüldüm. Amma bu yaxınlarda futbola baxırdım. "Barcelona"nın 900 mln. dollarlıq büdcəsi olduğu halda 80 mln. dollarlıq büdcəsi olan klubdan 4 top buraxdı. Belə hallar da olur".