
Bu gün futbol üzrə Azərbaycan millisi 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının seçmə qrup mərhələsinin II turu çərçivəsində Bakıda Norveç yığmasını qəbul edib. Sportnet.az-ın məlumatına görə, qarşılaşma millinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolun müəllifi müdafiəçi Maksim Medvedev olub. O, 11-ci dəqiqədə qonaqların qapısına yol tapıb.
Bununla da milli komanda aktivinə 3 xal yazaraq C qrupunun liderlər mövqeyindəki yerini möhkəmləndirib. Üstəlik bu qalibiyyət Azərbaycan millisi üçün tarixi qələbədir.
DÇ-2018, C qrupu
20:00. Azərbaycan - Norveç - 1:0
Qol: Maksim Medvedev, 11
Baş hakim: Liran Liany
Yan xətt hakimləri: Nissan Davidi, David Elias Biton
Dördüncü hakim: Eitan Şmülevits (hamısı İsrail)
UEFA nümayəndəsi: Çarles Şaak (Lüksemburq)
Hakim-inspektor: Erol Ersoy (Türkiyə)
Bakı Olimpiya Stadionu
Qeyd edək ki, milli komanda növbəti oyununu oktyabrın 11-də səfərdə Çexiyaya qarşı keçirəcək. Həmin görüş Bakaı vaxtı ilə saat 22:45-də başlayacaq.