1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
UEFA Bakı Olimpiya Stadionundakı müdhiş olayın qarşısını aldı
Bu gün Azərbaycan və Norveç yığmaları arasında keçiriləcək DÇ-2018-in seçmə qrup matçından öncə nəzərdə tutulan maraqlı ssenarinin həyata keçirilməsinə icazə verilməyib.
Sportnet.az-ın əldə etdiyi məlumata görə, qarşılaşmadan əvvəl AFFA Bakı Olimpiya Stadionunun qaçış zolağında atlı xanımın bayraqla keçidini təşkil etmək istəyib. Bu, mayda Londonda Böyük Britaniya Kraliçası Yelizavetanın 90 illik yubileyi münasibətilə təşkil olunmuş tədbirdə şou-proqramla çıxış edən Qarabağ atlarından biri olub.
Ssenariyə əsasən, atlı xanım Koroğlu üverturasının sədaları altında stadionun qaçış zolağı boyunca bayraqla dövrə vurmalı imiş. Hətta stadionda sınaq da keçirilib.
Amma sonradan ideya müəllifləri atın tribunadakı və qaçış zolağı ətrafındakı insanlardan ürkərək, hər hansı xoşagəlməz hərəkətə yol verəcəyindən ehtiyatlanıblar. Digər tərəfdən, FİFA-nın oyunun təşkili qaydaları ilə tanış olarkən, meydana hər hansı heyvanın gətirilməsinin yolverilməz olduğu barədə bəndə rast gəlinib. Üstəlik, Avropa futbol qurumunun nümayəndəsi də buna icazə verməyib. Beləliklə, tamaşaçıları coşduracaq ideya "beşikdəcə boğulub".
Qeyd edək ki, Azərbaycan - Norveç matçı saat 20:00-da başlanacaq. Bu, millimizin DÇ-2018-in seçmə tsiklində ilk ev oyunu olacaq.