
Azərbaycan millisi tarixi nəticəyə imza atıb. Sportnet.az-ın məlumatına görə, yığmamız 1994-cü ildən çıxış etdiyi seçmə mərhələlərdə ilk dəfə ardıcıl iki oyunda qalib gəlib.
Milli buna DÇ-2018-in seçmə mərhələsinin startında San Marino ilə səfərdə (1:0) və Norveçlə evdə qələbə qazanmaqla nail olub.
Azərbaycan yığması bunadək yalnız bir seçmə mərhələdə - AVRO-2012-də qrupda iki qələbə qazanmışdı. Ancaq bunlar ardıcıl qələbə olmayıb. Həmin qələbələr Türkiyə (1:0) və Qazaxıstan yığmaları (3:2) ilə ev matçlarına təsadüf edib. Onda milli komandanı almaniyalı baş məşqçi Berti Foqts çalışdırıb.
İndi isə yığmamız xorvatiyalı baş məşqçi Robert Prosineçkinin rəhbərliyi altında ilk dəfə qrupda 6 xalla liderliyə yüksəlib.