Azərbaycan milli komandası 1994-cü ildən iştirak etdiyi seçmə mərhələlər tarixi ərzində uğurlu starta imza atıb.
Sportnet.az-ın məlumatına görə, millimiz ilk dəfə 2 oyundan sonra qapısında top görməyib. Qazanılan qələbələrin qol buraxmadan olması növbəti ilkin həyata keçirilməsi deməkdir.
Yığmamız bunadək 11 seçmə mərhələdə ən az qollu başlanğıcı DÇ-2010-da edib. Bu, almaniyalı sabiq baş məşqçi Berti Foqtsun debütündə ilk 2 oyunda buraxılan 1 qol olub. Ancaq onda cəmi 1 xal qazanılmışdı ki, bu da Lixtenşteynlə Tofiq Bəhramov adına Respublika stadionundakı qolsuz bərabərlik idi. Foqts debüt matçında isə səfərdə Uels yığmasından 0:1 hesablı məğlubiyyət almışdı.
Millimizin ilk 2 oyunda qələbəsi isə bunadək yalnız 1 seçmə mərhələdə olub. Bu da Azərbaycanda keçirilən ilk rəsmi oyunda İsveçrə yığması üzərində Tofiq Bəhramov adına Respublika stadionunda qazanılan 1:0 hesablı qələbədir. Maraqlıdır ki, onda da yığmamız dünya çempionatının seçmə mərhələsində startda çıxış edib və debütdə məhz Norevçə rəqib olub. "Vikinqlər" Osloda yığmamızı 5:0 hesabı ilə məğlub edib. Yəni, ilk 2 oyundan sonra komandamız topların fərqində -4 saldoya malik olub.
Xatırladaq ki, xoravtiyalı baş məşqçisi Robert Prosineçkinin rəhbərlik etdiyi milli komanda 2018-ci il dünya çempionatının seçmə mərhələsinin startında San Marinonu səfərdə, Norveçi evdə 1:0 hesabı ilə məğlub edib.