
"Kernitski ilə 4 il birgə işlədik. Yüksək nəticələr qazandıq. Biz həqiqətən işləyirdik".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Ukrayna televiziyasına açıqlamasında Azərbaycana gələnədək son olaraq vətənində çalışdığı Odessanın "Çernomorets" klubundan gedişi haqda danışarkən deyib.
"Odessa"nın baş direktoru Sergey Kernitski ilə əməkdaşlıqdan məmnun olduğunu bildirən 51 yaşlı mütəxəssis Ukraynadan xoşluqla ayrıldığını vurğulayıb: "Əlbəttə, biz bir-birimizin əlini sıxdıq. Eləcə də klub prezidenti Leonid Klimovla. Hər nə olur-olsun, mən "Çernomorets" haqda yalnız xoş sözlər deyə bilərəm. İnsanlara yalnız yaxşı şeylər arzulaya bilərəm. İstərdim ki, onlarla hər şey yaxşı olsun. Mən həmişə "Çernomorets"də olduğum dövrü yalnız müsbət mənada xatırlayıram. Stadonda azarkeşlərin yaratdıqları həmin atmosferi yada salıram. "Çernomorets"in azarkeşləri nəsə xüsusi insanlardır".