1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qurban Qurbanovdan klub prezidentinə cavab
"Abdulbari Goozal bəy hər deyəndə çıxış etmir. Çox düzgün qeyd edib ki, mən öz boynuma düşən vəzifəni yerinə yetirirəm. Yəni, məndən nə tələb olunur və nə məndən asılı olan nədir".
Bu fikirləri Sportnet.az-a açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bildirib. Məlum olduğu kimi, "Qarabağ"ın prezidenti Abdulbari Goozal Q.Qurbanovun klubda Muxtar Respublika olduğunu, heç kimin onun işinə qarışmadığını söuləyib.
Buna münasibətini bildirən təcrübəli mütəxəssisin fikrincə, klubda iş elə qurulub ki, hərənin boynuna düşən öz vəzifəsi və öz iş prinsipləri var: "Hər kəs çalışır ki, öz sahəsində inkişaf etsin və kluba faydasını versin. O cümlədən, mən də baş məşqçi olaraq bəzi şeylərə nəzarət edirəm. Hansı ki, onlar mənim nəzarətimdə olmalıdır. Ancaq belə sırf öz boynuma düşən vəzifəni yerinə yetirirəm. Hələ ki, qələbədə də, məğlubiyyətdə də rəhbərliklə bir yerdə olmuşuq. İllər öncə bizim məğlubiyyətlərimiz çox olanda da yanımda olan Goozal bəy və rəhbərlik idi. Məncə, normal fikirlər səsləndirib".
Abdulbari Goozal bir məsələni də qeyd edib ki, baş məşqçidən komandanın zəifləməsənin səbəbini soruşanda çempionatın səviyyəsinin zəif olduğunu, komandaların güclü olmadığını, rəqabət olmadığını deyib. Maraqlıdır, Q.Qurbanovun bu fikirləri bir növ rəqibləri, digər komandaları qıcıqlandırmaq, kobud desək, saymamazlıq deyil ki?: "Hansı tərəfə yozsan da elə çıxacaq. Hər bir insan bu fikri necə qəbul edəcəksə, elə də reaksiya verəcək. Bu, təkcə bir oyuna görə olan şey deyil. Dəfələrlə bildirmişəm ki, çempionatımızın səviyyəsi aşağıdır. Bunu qəbul etməliyik. Hamımız görürük ki, mübarizə azalıb. O demək deyil ki, "Qarabağ" kimdənsə 5 qat üstündür. Son zamanlar olan böhran bir çox klubun büdcəsini aşağı saldı, oyunçu transferi azaldı. Əvvəllər tanınmış ölkələrin futbolçuları buraya gəlirdi və istər-istəməz mübarizə çoxalırdı, prinsiplər böyüyürdü. Mənim bugünədək elə bir fikrim olmayıb ki, hardasa kluba yuxarıdan-aşağı baxım. Əksinə, onlara məğlub olduqda da, qalib gəldikdə də hörmətlə yanaşıb, işinə dəyər vermişik. Bu gün də elədir. Sadəcə, fikrin bildirilməsində, sözlərin yozulmasında ola bilər hər hansı belə bir ifadələr ortaya çıxır. Mən də Goozal bəyi tanıyıram və onun hansı düşüncədə bunu dediyini bilirəm. İnanmıram ki, o başqa hansısa düşüncə ilə bunu desin".
"Qarabağ"ın çalışdırıcısı hər kəsə çempionatda mübarizə azaldığını dediyini diqqətə çatdırıb: "Əvvəllər 9 komandaya qarşı mübarizə aparırsansa, indi bu say 7-yə düşüb. Nəticə olaraq bu da aşağı göstəricidir. Məncə, bu məsələnin ətrafında gəzib-dolaşılası bir şey yoxdur".