
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığma komandası (U-21) 2017-ci il Avropa çempionatının seçmə mərhələsində qrupda mübarizəni 4-cü pillədə başa vurub. Sportnet.az-ın məlumatına görə, millimizin yer aldığı 7-ci qrupda bu gün keçirilən son oyunlardan sonra buna aydınlıq gəlib.
Mübarizəni ötən cümə günü başa vuran Yaşar Vahabzadənin komandasının ən yaxın izləyicisi Rusiya evdə Finlandiyaya qalib gələ bilməyib - 1:1. Avstriya isə öz meydanında Almaniyaya böyük hesabla uduzub - 1:4.
Azərbaycanla Rusiya 10 oyundan eyni - 9 xala malik olsalar da, şəxsi oyunlara üstünlüyün xeyrimizə olması yekun nəticəni müəyyənləşdirib. Millimiz şimal qonşularına evdə 3:0 hesabı ilə qalib gəlib, səfərdə isə 2:2 hesablı bərabəlik edib. Bununla da U-21 yığmamız 22 illik tarixində qrupda 4-cü yeri tutmaqla ən yaxşı nəticəni müəyyənləşdirib.
Almaniya maksimum - 30 xalla qrupda 1-ci olub. Avstriya 22 xalla 2-ci, Finlandiya 13 xalla 3-cü, Farer adaları 1 xalla sonuncu yeri tutub.