1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Tomaş Sivok: "İkincilik üçün mübarizəyə davam edəcəyik"
2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində Azərbaycanı qəbul edən Çexiyanın futbolçusu Tomaş Sivok qolsuz heç-heçə haqda fikirlərini bildirib. Sportnet.az-ın məlumatına görə, müdafiəçi millimizlə oyunun çətin olduğunu deyib.
O, C qrupunun ikinciliyi uğrunda mübarizəyə davam edəcəklərini söyləyib: "Yaxşı bilirik ki, bizi nə gözləyir. Oyun ərzində qol vurmaq üçün əlimizdən gələni etsək də, alınmadı. Bir neçə qol imkanlarından yararlana bilmədik. Məqsəd erkən qol vurmaq idi. 90 dəqiqə ərzində üstünlük biz tərəfdə oldu. Hətta ikini hissədə Azərbaycan meydanın bizə aid hissəsinə keçə bilmirdi. Komandamızda yeddi dəyişiklik edilib. Baş məşqçimiz yeni komanda formalaşdırır. Bizim hədəfimiz bu deyildi. Ancaq ikincilik üçün mübarizəyə davam edəcəyik".
Qeyd edək ki, 3 oyundan sonra Azərbaycan 7 bxalla C qrupunun 2-ci, Çexiya isə 2 xalla 5-ci pillədə qərarlaşıb.