Azərbaycan çempionu "Araz" bu gün futzal üzrə UEFA kubokunun əsas mərhələsində növbəti oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, 2-ci qrupun ikinci oyununda rəqib Kosovanın "Feniks" klubu olub.
Qarşılaşma 2-ci qrupun oyunlarına ev sahibliyi edən Makedoniyanın paytaxtı Skopyedə Boris Trajkovski adına İdman Mərkəzində keçirilib. Ölkə çempionu bu görüşü da qələbə ilə başa vuraraq turnirin elit rounduna vəsiqəni böyük ölçüdə təmin edirb.
İlk oyunda Tbilisi Dövlət Universiteti komandasını məğlub edən "Araz" (7:1) hazırda 6 xalla qrup lideridir. Qrupun digər oyununda isə Bakı vaxtilə saat 22:00-da "Jelezarets" və Tbilisi Dövlət Universiteti komandası üz-üzə gəlib. Matç gürcülərin 10:0 hesablı qələbəsi ilə nəticələnib.
Bununla da "Araz" qrupdakı son oyunundan asılı olmayaraq elit-raunda vəsiqə qazanıb. Naxçıvan təmsilçisi oktyabrın 14-də "Jelezarets"ə uduzsa belə, qrupda ən azı 2-ci olacaq. Turnirin reqlamentə əsasən əsas mərhələdə 6 qrupun ilk iki pilləsində qərarlaşan və ən yaxşı göstərici ilə 3-cü yeri tutan 4 komanda elit raunda yüksələcək. "Araz"a qrup liderliyini rəsmiləşdirmək üçün xalsız olan autsayderlə matçda 1 xal da yetərlidir. Kosova və Gürcüstan təmsilçilərinin görüşü bərabərliklə bitərsə, Azərbaycan çempionu son turda məğlub olacağı halda da 1-ci pillədə qalacaq.
Futzal, UEFA Kuboku
Əsas mərhələ
2-ci qrup
19:30. "Araz" (Azərbaycan) - "Feniks" (Kosova) - 1:0
Qol: Xətai Bağırov, 11
Hakimlər: Simon Todoroviç (Sloveniya), Moşe Bohbot (İsrail), Vasilios Xristodulis (Yunanıstan)
Skopye, Boris Trajkovski adına İdman Mərkəzi