1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Maykl O Nil: "Azərbaycanı yenib, ikinci olmalıyıq"
"Azərbaycana qalib gələ bilsək, xal ehtiyatımız yeddi olacaq. Nəticədə ikinci pilləyə yüksələcəyik".
Sportnet.az-ın məlumatına görə, bunu 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində Azərbaycanın rəqibi olan Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl O Nil deyib.
C qrupunda çıxış edən və 3 oyundan 4 xal toplayan yığmanın baş məşqçisi Almaniyanın qrup lideri olmasının onlara xeyri ola biləcəyini söyləyib: "Azərbaycandan sonrakı ev oyunlarımız Norveç, Çexiya və Almaniyaya qarşı olacaq. İki oyunda qələbə qazanmalıyıq. Həqiqətən də qrupda ikinci yer üçün mübarizə aparmalı, mövqeyimizi qorumalıyıq. Bunu birgə etməliyik. Almaniya qrup lideri olacaq. Yoahim Löv Rusiyaya hazırlaşır. Düşünürəm ki, belə olması yaxşıdır. Biz xəyallara qapılmırıq. Amma ola bilsin ki, Almaniya Belfasta gələndə artıq onun üçün xalın heç bir əhəmiyyəti olmasın və ilk görüşdəki çıxışını göstərməsin".
Qeyd edək ki, Azərbaycan millisinin yer aldığı C qrupunda Almaniya, Şimali İrlandiya, Çexiya, Norveç və San Marino yığmaları çıxış edir. Milli komanda noyabrın 11-də Şimali İrlandiyanın qonağı olacaq.