"Zirə"nin paraqvaylı legioneri Sezar Meza Kolli Azərbaycan Premyer Liqasının VIII turunda "Neftçi"yə 2:0 hesabı ilə qalib gəldikləri ev matçından sonra müsahibə verib. Hücumçu Sportnet.az-ın oyunda olan əməkdaşının da sullarını cavablandıırıb.
- Matç haqda nə deyə bilərsən?
- Çox ciddi, kompakt oynadıq. Düşünüərm ki, biz qələbəyə layiq idik.
- Oyunda bir epizod oldu ki, emosiyalarını çox sərt şəkildə ifadə etdinə görə sarı vərəqə aldın. Bilmirsən ki, baş hakimə həmin qeyri-etik işarəni göstərmək olmaz?
- Bu, oyunun hərarətindən asılı bir şeydir. Bəzən çox hirsli olursan, bunları düşünmürsən. Təbii ki, bu, hakimin qərarlarıdır, normaldır.
- "Neftçi"ni çıxışını necə dəyərləndirərdin?
- Rəqib haqda heç nə deyə bilmərəm. Biz onlardan daha yaxşı oynadıq. Gördüyünüz ki, həftərlik hazırlığın, baş məşqçinin işinin nəticəsi özünü göstərirdi.
- "Zirə"nin bundan sonra hədəfi nədir? İlk üçlüyə düşə biləcəksinizmi?
- Bu oyunda mütlə qalib gəlməli idik və buna nail olduq. Digər oyunlar haqda daha sonra düşünəcəyik.
- Komandanız bu yay haqq etdiyin avrokuboklarda cari mövsümdə vəsiqə qazana biləcəkmi?
- "Zirə" bütün oyunlara qələbə əzmi ilə çıxır və buna nail olmağa çalışır. Bundan sonrasını zaman göstərəcəyik.
- Hədəf üçlükdür, yoxsa çempionluq?
- Oyundan oyuna qələbə qazanmaq.