
"Qəbələ" klubu futbolçu Cavid Hüseynovla müqavilə imzalayıb. Sportnet.az-ın məlumatına görə, anlaşmanın müddəti mövsümün sonuna kimidir.
Sabahdan etibarən futbolçu məşqçilər korpusunun proqramına əsasən çalışmalara başlayacaq.
Futbolçunun ölkə çempionatı və ölkə kuboku yarışlarında iştirakı üçün Peşəkar Futbol Liqasına müraciət olunub.