1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
PAOK və “Sent-Etyen”i avrokubok tariximizə salan məqamlar
Azərbaycanın Avropa Liqasının qrup mərhələsində təmsilçiləri olan "Qarabağ”la "Qəbələ”nin qarşıdakı rəqibləri futbol tariximizə düşəcəklər.
Sportnet.az-ın məlumatına görə, Yunanıstanın PAOK və Fransanın "Sent-Etyen” klubları ölkəmizin 4-cü ildir təmsil olunduğu Avropa Liqasının qrup mərhələsində 2-ci dəfə rəqib olacaqlar. "Qarabağ”ın qrupda debütündə rəqibi olmuş "Sen-Etyen” bu dəfə "Qəbələ”, "Qəbələ”nin qrupda siftəsində görüşdüyü PAOK indi "Qarabağ”la üz-üzə gələcək.
Qrupda klublarımıza 2 dəfə rəqib olma praktikası bunadək yalnız İtaliya "İnter”ində olub. Milan təmsilçisi 2012-ci ildə "Neftçi” (səfərdə 3:1, evdə 2:2), 2 il sonra "Qarabağ”la (evdə 2:0, səfərdə 0:0) bir qrupda çıxış edib.
"Sent-Etyen” 2014-cü ildə, PAOK 1 il sonra Bakıya gələrək qolsuz heç-heçə edib. Sadəcə, fərq ondadır ki, "Qarabağ” rəqibini Tofiq Bəhramov adına Respublika stadionunda, "Qəbələ” Bakcell Arena”da qəbul edib.
Həm Salonikidə, həm də Sent-Etyen”dəki matçlarda heç-heçə qeydə alınıb. "Qəbələ” PAOK-la yenə qolsuz bərabərliyə razılaşıbsa, "Sent-Etyen”lə "Qarabağ” hərəyə 1 qol vura biliblər. Yeri gəlmişkən, Fransada fərqlənən Vüqar Nadirov hazırda da Ağdam klubundadır. Göründüyü kimi, PAOK-la matçlarda hələ ki qol vuran yoxdur.
Heç-heçədən söz düşmüşkən, bu, Azərbaycanla Yunanıstan təmsilçilərinin qarşılaşmaları üçün spesifik cəhətdir. Hələ 2012-ci ildə Avropa Liqasının II təsnifat mərhələsində "Asteras”la "İnter”in duelində 1:1 hesablı bərabərliklər olmuşdu. Qalibi müəyyənləşdirmək üçün Tripolidəki cavab matçında oyunsonrası penalti zərbələri vurulmuşdu ki, bunda da meydan sahibləri güclü olmuşdu.
Bundan 3 il sonra bu ölkənin klublarının yolu həmin turnirin pley-off mərhələsində kəsişib. Onda "Qəbələ” ilə "Panatinaikos” Bakıda qolsuz, Afinada 2:2 hesablı bərabərliyə qalıblar. Komandamız səfərdə vurulan qolun hesabına cütün qalibi olaraq tarixində ilk dəfə qrupa düşüb. Göründüyü kimi, Ellada təmsilçiləri ilə avrokuboklarda 6 oyunun hamısı bərabərliklə nəticələnib.
Fransa təmsilçiləri ilə bağlı vəziyyət isə fərqlidir. Hələ 1999-cu ildə İntertoto Kubokunun ikinci mərhələsində "Qarabağ"a rəqib olan "Monpelye” 2 oyuna 9 cavabsız qolla (səfərdə 3:0, evdə 6:0) qalib gəlib. Fransızlarla avrokuboklarda son duel isə bu yay elə "Qəbələ”yə qarşı olub. Roman Qriqorçukun komandası səfərdə 1:1 hesablı heç-heçə etdiyi "Lill”i "Bakcell Arena”da üstələyə bilib – 1:0. Bununla da mərhələ keçən "Qəbələ” fransızlar üzərində ilk qələbəmizi qazanan komanda olub.
Xatırladaq ki, "Qarabağ” - PAOK görüşü sabah saat 21:00-da, "Sent-Etyen” – "Qəbələ” matçı saat 23:05-də başlayacaq.