Ona Namiq Hüseynov və Zeynal Zeynalov yan xətt, Rauf Cabbarov ehtiyat, Ramiz Əhmədov və Ömər Paşayev əlavə köməkçi hakimlər qismində yardımçı olacaqlar. Ramiz Mustafayev AFFA nümayəndəsi, Şahin Cəfərov isə hakim-inspektor qismində yardımçı olacaqlar. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:00-da başlanacaq.
Qeyd edək ki, Əliyar Ağayev ardıcıl 3-cü mövsümdür Azərbaycan Kubokunun final görüşünə təyinat alır. O, 2011-2012-ci il mövsümündə "Bakı" - "Neftçi", 2012-2013-cü il mövsümündə "Neftçi" - "Xəzər Lənkəran" matçlarının baş hakimi olub. 2 il öncə "Bakı" 2:0 hesabı ilə qalib gəldiyi halda, ötən il "Neftçi" penaltilər seriyasında qələbə qazanıb.