Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında X tura start verilib. Sportnet.az-ın məlumatına görə turun ilk oyun günündə iki qarşılaşma keçirilib.
İlk görüşdə "Qəbələ" və "Neftçi" komandaları üz-üzə gəlib. Qəbələ şəhər stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin üstünlüyü ilə keçib. Oyun Roman Qriqorçukun rəhbərlik etdiyi komandanın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Qırmızı-qaralar"ın heyətində Sergey Zenyov dubl edib. Asif Məmmədov və Rəşad Eyubov isə hərəyə bir dəfə fərqlənib. "Neftçi"nin yeganə qolu Araz Abdullayevin aktivinə yazılıb. Bu nəticədən sonra "Qəbələ" xal ehtiyatını 24-ə çatdıraraq vahid liderə çevrilib. "Neftçi" isə 6 xalla 7-cidir.
Günün son oyunu isə Şüvaəlanda keçirilib. AZAL sonuncu ölkə çempionu "Qarabağ"ı qəbul edib. İlk hissədə qapılara qol vurulmayıb. İkinci hissədə qonaqlar aktivlik nümayiş etdirib. Qurban Qurbanovun yetirmələri matçın 63-cü dəqiqəsində fərqlənib. Muarem Muarem topu Aqil Məmmədovun qoruduğu qapıdan keçirib. Oyun bu hesabla da başa çatıb. Xallarını 22-yə çatdran "Qarabağ" ikinci pillədə möhkəmlənib. AZAL isə 3 xalla sonuncudur.
Azərbaycan Premyer Liqası, X tur
29 oktyabr
15:00. "Qəbələ" - "Neftçi" - 4:1
Qollar: Sergey Zenyov, 11, 59, Asif Məmmədov, 62, Rəşad Eyyubov, 77 - Araz Abdullayev, 49
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rahil Ramazanov
Əlavə köməkçi hakimlər: Rəvan Həmzəzadə, Rauf Cabbarov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Vüsal Əliyev
Qəbələ şəhər stadionu
17:00. AZAL - "Qarabağ" - 0:1
Qol: Muarem Muarem, 63
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Azər Əsgərov, Akif Əmirəli
Əlavə köməkçi hakimlər: Ramil Diniyev, Ömər Paşayev
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Məlik Həsənov
Bakı. "AZAL Arena"
Qeyd edək ki, turun son oyun günündə "Zirə" Gəncənin "Kəpəz", "İnter" isə "Sumqayıt" klubunu qəbul edəcək.