1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rəşad Sadiqov: "Mən bu hərəkəti pis qəbul etdim"
"Artıq zədəm sağalıb. "Neftçi” ilə sabahkı matçda oynayacağam”.
Bunu Sportnet.az-a açıqlamasında "Qəbələ”nin kapitanı Rəşad Sadiqov bildirib.
Azərbaycan Premyer Liqasının ikinci dövrəsinin startında "İnter”lə səfər matçında zədələnən 33 yaşlı yarımmüdafiəçi Avroliqada Fransa "Sent-Etyen”i ilə, çempionatda "Sumqayıt”la səfər qarşılaşmasında komandasına kömək edə bilməyib. Artıq meydana çıxmağa hazır olduğunu deyən Sadiqov keçmiş komandası ilə oyun öncəsi düşüncələrini bölüşüb: "Matçın necə keçəcəyini indidən deyə bilmərəm. Bu, sabah 90 dəqiqədə bilinəcək. Meydana 3 xal üçün çıxacağıq. Gözlədiyimiz növbəti qələbəni qazanıb liderliyimizi qorumaq istəyirik”.
Təcrübəli oyunçu uzun müddət kapitanı olduğu "Neftçi"nin cari mövsümdə zəif çıxışı və rumıniyalı legioneri Katalin Tiranın azarkeşi vurması haqda da danışıb: "Problemləri kənardan biz bilmərik. Çünki komandanın daxilində deyilik. Bunu məşqçilər heyəti, rəhbərlik daha yaxşı bilər. Azarkeşi vurmaq çox pis haldır. Mən bunu belə qəbul etdim”.
Xatırladaq ki, Katalin Tira ötən tur "Qarabağ"la ev oyununda azarkeşə yumruq atdığına görə AFFA-nın İntizam Komitəsi tərəfindən 5 oyunluq cəzaya məruz qalıb. O, ilk olaraq, Qəbələdəki sabahkı matçı kənardan izləməli olacaq.