
Azərbaycan Premyer Liqaısnın 10-cu turunda səfərdə AZAL-ı məğlub edən (1:0) "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra mətbuat konfransı keçirib. Sportnet.az-ın məlumatına görə, Qurbanov ilk olaraq matç haqda fikirlərini bildirib.
- Çempionatın ən vacib xallarından birini qazandıq. Bu stadionda oynamaq həmişə çətin olur. Futbolçular qalib gəlmək üçün çox çalışdılar. Hər birinə "çox sağ ol" deyirəm. Azarkeşlərə də təşəkkür edirəm. AZAL-a uğurlar arzulayıram. İrəliyə doğru inkişaf var. Bu komanda məğlub olmağı sevmir.
- Reynaldo və Miçelin vəziyyəti necədir?
- Onların qarşıdakı oyunda oynamaq ehtimalı var. Hətta Miçeli "18”-liyə salmaq istəyirdim. Həkimlər icazə vermədi. Bunun riskli olduğunu dedilər. Ancaq qarşıdakı oyunlarda şans verə bilərəm.