1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Neftçi" Katalin Tiranı qovdu!
"Neftçi” klubunun rumıniyalı futbolçusu Katalin Tiranı qovması məsələsi rəsmiləşib. Sportnet.az-ın məlumatına görə, "ağ-qaralar" yay fasiləsində dəvət etdiyi 22 yaşlı hücumçu ilə müqaviləsinə xitam verib. Bu haqda "Neftçi" rəsmi məlumat yayıb. Bildirilir ki, anlaşmanın pozulması hər iki tərəfin qarşılıqlı razılaşması əsasında reallaşıb.
Klubun icraçı direktoru Orxan Hüseynzadə məsələ ilə bağlı açıqlama verib: "Biz Katalin Tira ilə müqaviləyə qarşılıqlı razılıq əsasında təzminat ödəmədən xitam verdik. Sabah ona aylıq məvacib ödəniləcək və tərəflərin bir-birinə heç bir borcu qalmayacaq”.
Xatırladaq ki, Tita Premyer Liqanın IX turunda "Qarabağ"la "Bakcell Arena"dakı matçın uzatma dəqiqələrində meydana daxil olan azarkeşə hücum etdiyinə, ona yumruq atdığına görə AFFA-nın İntizam Komitəsi tərəfindən 5 oyunluq cəzaya, 2400 manata cəriməyə məruz qalıb. Bundan sonra "Neftçi" Katalini məşqlərindən kənarlaşdıraraq birdəfəlik qovmağı nzəərdə tutmuşdu. Rumıniyalı legioner həmin azarkeş - Nurlan Əzizi ilə görüşərək üzr istəyib barışsa da, bunun faydası olmayıb.