"İnter"in baş məşqçisi Zaur Svanadze Azərbaycan Premyer Liqasının X turunda "Sumqayıt"a 3:1 hesabı ilə qaLib gəldikləri ev oyunundan sonra mətbuat konfransı keçirib. Sportnet.az-ın məlumatına görə, gürcü mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
- İlk olaraq matçı dəyərləndirərdiniz...
- Oyuna yaxşı başlamadıq, qapımızda erkən qol gördük. Ancaq sonradan toparlanaraq, qalib gəlməyi bacardıq. Bu qələbəni sabiq prezidentimiz Rəşad Qasımova həsr edirik. Qarşıda bizi "Neftçi”ylə oyun gözləyir. Həmin oyunda da qələbə əldə etməyə çalışacağıq.
- Komandanın prezidentini qələbəylə yola salmaq istədiyi hiss olunurdu. Rəhbərliyin dəyişməsi komandanın oyununa təsir etməyəcək ki?
- Təbii ki, Rəşad Qasımovun istefası futbolçulara az da olsa, təsir edir. Ancaq onlar meydana çıxanda yalnız oyun haqda düşünür. Həm futbolçular, həm də məşqçilər peşəkardır. Bugünkü matçfda sübut etdilər ki, rəhbərlikdəki dəyişiklik oyunumuza təsir etməyəcək.
- "Qəbələ”nin iki futbolçusu bu meydandançada zədələnmişdi ki, siz həmin matçda qzonun vəziyyətindən narazı qalmadığınızı söyləmişdiniz. Bu gün isə öz futbolçunuz Rauf Əliyev zədələndi. Hələ də meydançadan razısınızz?
- Meydançamız idealdan uzaq olsa da, hər halda, oynamaq olar. Raufa gəlincə, o, "Kəpəz”lə oyunda zədələnmişdi. Əliyevə istirahət vermək istəsək də, bu gün özü meydana çıxmaq istədi. Ümid edirəm ki, "Neftçi”ylə oyunadək sağalacaq.
- Ağabala Ramazanovun oyunudan razı qaldız?
- Ağabala birinci hissədə yaxşı təsir bağışlamadı. Ancaq fasilədən sonra fəallaşdı. Onun bu gün meydanda ən yaxşılardan olması ilə razıyam.
- Bu gün dubl edən Nizami Hacıyev sizcə, millidə oynamağa hazırdır?
- Nizami də ikinci hissədə yaxşı oynadı. Məncə, millinin məqşçilər korpusu onun haqda düşünə bilər. Qarşıda "Neftçi”ylə oyunda da izləyə bilərlər. Hacıyev komandamız üçün tam hazırdır. O ki qaldı milliyə, buna yığmanın məşqçiləri qərar verməlidir.
- Hazırda "Qəbələ”, "Qarabağ” və "İnter” digər komandalardan qabaqdadır. Bu, həm oyuna, həm də qazandıqları xallara görədir. Sizcə də, cari mövsümdə mübarizə elə məhz bu 3 klub arasında gedəcək?
- Təbii ki, "Qarabağ” və "Qəbələ” ilk pillələrdə getməli idilər. Ancaq "İnter”in uzun müddət 3-cü pillədə qərarlaşacağını gözləmirdim. Məncə, mübarizə hələ irəlidədir. "Neftçi”, AZAL, "Kəpəz”, "Sumqayıt”ı unutmaq olmaz.