1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Zenyov tarix yazdı
"Qəbələ”nin hücumçusu Sergey Zenyov Azərbaycan milli çempionatının tarixinə düşüb. Sportnet.az-ın məlumatına görə, 27 yaşlı hücumçu Premyer Liqamızda dubl edən ilk estoniyalı futbolçu olub.
Legioner bunu Premyer Liqanın son turunda "Neftçi”yə evdə 4:1 hesabı ilə qalib gəldikləri matçda reallaşdırıb. Zenyov oyunun 11 və 59-cu dəqiqələrdə fərqlənərək dublun, eyni zamanda oyunda ilk qolların müəllifi olub.
Zenyovadək ölkəmizdə oynayan həmyerlilərindən heç biri 1 oyunda 2 dəfə fərqlənə bilməmişdi. Bunlar Dmitri Kruqlov ("Neftçi”, "İnter”, "Rəvan”, 101 oyun, 7 qol), Taavi Rahn ("Xəzər Lənkəran”, 19 oyun), Vladimir Voskoboynikov ("Neftçi”, 9 oyun, 1 qol), Tihon Şişov ("Xəzər Lənkəran”, 5 oyun), Andrey Stepanov ("Neftçi”, 2 oyun) və Artur Kotenko (4 oyun, - 6 qol) olublar. Həmin estoniyalı futbolçulardan birinci ölkəmizə gələn Kruqlov çox oynayıb, ən əsası, çempionatda 2 qol vurub. Ancaq bunlar dubl yox, ayrı-ayrı matçlarda vurulan qollardır.
Zenyov cari çempionatda artıq 3-cü qoluna imza atıb. Estoniya yığmasının hücumçusu ilk dəfə VIII turda "İnter”lə 1:1 hesabı ilə nəticələnən səfər matçında fərqlənib. Ötən mövsüm hər 2 qolunu "Qarabağ”a vuran Sergey cari çempionatımızda yubiley – 5-ci qolunu vurub.
Məlum olduğu kimi, Zenyov "Qəbələ”nin tarixində avrokuboklarda bombardiridir. Onun hesabında Avropa Liqasında 6 qol (ötən mövsüm 2, bu mövsüm 4) var. Azərbaycan kubokunda hələ ki fərqlənməyən Sergey "Qəbələ”nin heyətində ümumilikdə 11 qola imza atıb. Ancaq bu, onun "qırmızı-qaralar”da ilk dublu deyil. Çünki hücumçu Roman Qriqorçukun komandasında qol hesabını məhz dublla açıb. Bu, "Qəbələ”nin ötən yay Avropa Liqasının II təsnifat mərhələsində Serbiyanın "Çukariçki” klubu ilə cavab matçında olub. Zenyov komandasının 2:0 hesabı ilə qalib gəldiyi matçda hər 2 qolun müəllifi olmaqla mərhələ adlamasında böyük rol oynayıb. Sadəcə, bu, ev oyunu olsa da, Qəbələdə yox, Bakıda keçirilib. Çünki "qırmızı-qaralar" həmin vaxt ilk təsnifat mərhələsində Tiflis "Dinamo”su ilə Qəbələdəki oyundan sonra matçlarını "Bakcell Arena”da keçirməli olmuşdu.
Mehman SÜLEYMANOV
Yazı AFFA yanında Media Komitəsinin dəstəyi ilə hazırlanıb