Bakı "İnter"inin sabiq prezidenti Georgi Nikolov komandanın keçmiş futbolçusu Filipe Maçadonun təyyarə qəzasında vəfatı ilə əlaqədar mərhumun ailəsinə başsağlığı verib.
Sportnet.az-ın məlumatına görə, bolqarıstanlı funksioner Braziliya "Şapekoense"sinin də olduğu təyyarənin qəzaya uğraması nəticəsində həlak olanlar arasında Macadonun da yer almasından təəssüfləndiyini bildirib. O, mərhum müdafiəçi yaxşı futbolçu kimi dəyərləndirib: "Filipe "İnter"ə Bolqarıstan MOİK-indən gəlmişdi. Komandamızda bir il keçirdi. Nəzakətli oğlan idi".
Qeyd edək ki, Filipe Maçado "İnter"in 2009-2010 mövsümündə Azərbaycan çempionu olan heyətində yer alıb. O, 2010-2011 mövsümünün ilk yarısında da komandanın formasını geyinib.