1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"İnter" 1 dəqiqə istəyir - FOTOLAR
Bakının "İnter" klubu Kolumbiyada təyyarə qəzası nəticəsində həlak olan braziliyalı sabiq legioneri Filipe Joze Maçadonun xatirəsini yad etməyi düşünür. Sportnet.az-ın məlumatına görə, "bankirlər" bunu qarşıdakı oyununda - dekabrın 2-də Azərbaycan kubokunun 1/8 final mərhələsində "Qaradağ Lökbatan"la saat 15:00-da "İnter Arena"da keçiriləcək matçda etməyi planlaşdırır.
Sabah bu məsələnin rəhbərlik səviyyəsində müzakirə olunaraq müsbət həllini tapacağı və bundan sonra Peşəkar Futbol Liqasına müraciət ediləcəyi gözlənilir. Planda oyundan öncə 1 dəqıqəlik sükut və "İnter"in futbolçularının meydana qara sarğıda çıxmaları ilə yanaşı, azarkeşlərin bu olayla bağlı stadionda pankart və ya banner açmalarıdır. "İnter"in fanatlarından Maçadonu şəxsən tanıyanlar da olub.
Qeyd edək ki, Kolumbiyada qəzaya uğrayan sərnişin təyyarəsindəki "Şapekoense" klubunun futbolçularından 2-si vaxtilə Azərbaycan Premyer Liqasında çıxış edib. Bunlar 2010-cu ildə "İnter"də 9 matça çıxan və ölkə çempionu olan Maçado ilə yanaşı, Villiam Tieqo de Xesusdur. 30 yaşlı müdafiəçi Tieqo çıxış etdyi "Xəzər Lənkəran" ilə 2014-cü ilin yanvarında 1.5 illik müqavilə imzalasa da, həmin ilin dekabrında qarşılıqlı razılaşma əsasında anlaşmaya xitam verilib. "Ağ-yaşıllar" artıq tarixin yaddaşına köçdüyündən, Xesusun keçmiş klubu bunu etmək imkanına malik deyil.