"Mən artıq "Neftçi"dəyəm. Yeni komandama yanvarın 8-də Antalyada qoşulacağam".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Neftçi"nin yeni transferi İqnasio Herrera Qazaxıstan mətbuatına açıqlamasında bildirib.
Ötən ili bu ölkədə "İrtış" klubunda keçirən çilili hücumameylli yarımmüdafiəçi gedişinin səbəbini açıqlayıb: "İrtış" məni saxlamaq istəmədi. Onlar mənə yeni mövsüm üçün heç bir təklif etmədilər. "Neftçi" isə mənə yaxşı müqavilə şərtləri təklif etdi".
30 yaşlı legionerdən Qazaxıstanda oynayan həmyerliləri, o cümlədən "Neftçi"nin sabiq hücumçusu Nikolas Kanalesin gələcək taleyi ilə bağlı da soruşublar: "Digər çilili sabiq futbolçuların da Qazaxıstanı tərk edəcəklərini bilmirəm. Fikrimcə, Qerson Asevedo gedəcək. Ancaq Nikolas Kanales və Matias Rubiodan xəbərim yoxdur".
Qeyd edək ki, 32 yaşlı Nikolas Kanales son mövsümü "Okjetpes"də keçirib.