1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Neftçi"nin son rəqibi bilindi
"Neftçi" klubunun Türkiyənin Antalya bölgəsində sonuncu rəqibi müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, bu, Rumıniya yüksək liqasında mübarizə aparan "Konkordia" komandası olacaq.
Görüş yanvarın 19-da olacaq. Xəbəri Kyajna şəhəri təmsilçisinin rəsmi saytı yayıb. Lakin həmin mənbə "Neftçi"ni Azərbaycan Premyer Liqasında 3-cü yerin sahibi kimi təqdim edib. Halbuki "ağ-qaralar" mövsümün ilk yarısını 8 komanda arasında 7-ci yerdə başa vurub. Azərbaycan klubunun baş inzibatçısı İslam Abbasov da Rumıniya klubu ilə yoxlama görüşünə dair razılığın əldə olunduğunu təsdiqləyib.
Qeyd edək ki, yanvarın 4-dən Antalyada olan "Neftçi" hələlik 3 yoxlama matçına çıxıb. Türkiyənin I Liqa təmsilçisi "Sivasspor"la 0:0 hesablı heç-heçə edən "ağ-qaralar" Özbəkistan "Nasaf"ına 0:1, Albaniyanın "Kukesi" komandasına 2:4 hesabı ilə uduzub. Flaqman yanvarın 17-də Rusiyanın I Divizion təmsilçisi "Tosno" ilə, yanvarın 18-də isə Premyer Liqada mübarizə aparan "Terek"lə qarşılaşacaq.