
"Qəbələ" komandasının keçmiş futbolçusu Lorentso Ebesilio Rusiyanın "Anji" klubu ilə müqaviləsini pozub. "Report"un məlumatına görə, hollandiyalı yarımmüdafiəçi azad agent statusu alıb.
Onun Mahaçqala təmsilçisi ilə anlaşması 2018-ci ilədək qüvvədə idi. 26 yaşlı oyunçu 2015-ci ildə əvvəlki baş məşqçi Yuri Syomin tyərəfindən komandaya cəlb olunmuşdu.
Qeyd edək ki, Lorentso Ebesilio 2013-2014 mövsümündə "Qəbələ"də icarə əsasında forma geyinib.