Türkiyənin Antalya şəhərində Premyer Liqanin ikinci hissəsinə hazırlaşan "Qarabağ" klubu bu gün növbəti yoxlama matçına çıxacaq. Sportnet.az-ın məlumatına görə, rəqib Rumıniyanın "Styaua" komandası olacaq.
Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Antalyadakı ilk yoxlama görüşünü Albaniya "Skenderbeu"suna qarşı keçirib. Həmin matçda ölkə təmsilçisi 1:0 hesablı qələbə qazanıb.
Bombardirlər: Domi Massumo ("Qəbələ") - 16, Emil Qasımov ("Karvan") - 15, Bəhruz Teymurov ("Karvan) - 13, Seyxan Fərəcov ("İmişli"), İbrahim Əliyev (MOİK) - hər ikisi 11 qol.