
"Hər iki oyundan razı qaldım. Futbolçular son ana qədər vuruşdular, mübarizə apardılar".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Türkiyənin Antalya bölgəsində Qazaxıstanın "Atırau" və Polşanın "Termalika" komandaları ilə keçirdikləri yoxlama oyunlarından sonra deyib.
45 yaşlı mütəxəssis ümumilikdə toplanışdan razılıq ifadə edib: "Hər bir futbolçu işinə ciddi yanaşdı, yaxşı hazırlaşdıq. Hələ tam hazır deyilik, bir neçə tur sonra komanda tam hazır olacaq. Çalışdıq ki, bu toplanışı maksimum şəkildə yaxşı dəyərləndirək".
Qeyd edək ki, "Qarabağ" "Atırau"ya 0:1 hesabı ilə uduzduğu halda "Termalika"ya qalib gəlib - 3:2.