
Azərbaycandan təklif alan Bolqarıstan milli komandasının futbolçusu Ventsislav Xrstov problemlə üzləşib. Sportnet.az-ın məlumatına görə, hücumçu vətənində çıxış etdiyi "Nefteximik" klubunun Pomoriyadakı təlim-məşq toplanışında ciddi zədələnib.
Daban nahiyəsindən xəsarət alan Xristov bir müddət hazırlıq prosesindən kənarda qalıb. Bunun tarixi isə bəlli deyil. Ventsislav komandasının böyük məşqçisi Xristo Yanevin rəhbərliyi altında bərpa prosesi keçəcək.
Xatırladaq ki, "Nefteximik"in 80 min avro transfer qiyməti qoyduğu 28 yaşlı hücumçunun xidmətində Azərbaycanla yanaşı, Qazaxıstan, Çin və Skandinaviya klubları maraqlıdır. Xristovun hücumçu axtaran "Neftçi" ilə "Qəbələ"yə təklif olunduğu istisna deyil.