
"Buraspor" klubu Azərbaycanda baş məşqçi çalışımış daha bir mütəxəssisin xidmətində maraqlıdır. Sportnet.az-ın məlumatına görə, Türkiyə Super Liqasının təmsilçisinin danışıqlar apardığı yerli mütəxəssislər arasında Mustafa Dənizli də var.
68 yaşlı mütəxəssis 2013/14 mövsümündə "Xəzər Lənkəran"a başçılıq edib. Onun son iş yeri ötən mövsün "Qalatasaray" olub. Dənizli Türkiyənin 3 böyük klubunu - "Qalatasaray", "Fənərbağça" və "Beşiktaş"ı çempion edən yeganə mütəxəssisdir.
Xatırladaq ki, "Bursaspor"un millimizin xorvatiyalı baş məşqçisi Robert Prosineçki ilə danışıqlarının müsbət nəticələndiyi, hətta müqavilə ilə bağlı ilkin razılığa gəldiyi bildirilir.