1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rəhim Həsənov "Qarabağ"ın sabiq legionerini qovdu
Azərbaycanlı FİFA referisi Rəhim Həsənov Antalyada növbəti yoxlama oyununu idarə edib. Sportnet.az-ın məlumatına görə, beynəlxalq dərəcəli hakimimiz "Dnepr" (Ukrayna) - "Dinamo" (Xorvatiya) matçında baş hakim olub.
Oyunda hesabı ukraynalılar açsa da, Zareb təmsilçisi 3:1 hesablı əzmkar qələbə qazanmağı bacarıb. Həsənov milli çempionatımızda vaxtilə çıxış etmiş legioneri meydandan qovub. Bu, hazırda "Dnepr"də oynayan, bir vaxtlar isə "Qarabağ"ın şərəfəni qorumuş ukraynalı yarımmüdafiəçi Sergey Kravçenkodur.
Fasilədən dərhal sonra meydana çıxan orta sahə oyunçusu 70-ci dəqiqədə Həsənovdan əvvəlcə sarı, sonra qırmızı vərəqə alıb. Kravçenko hakimimizin qərarı ilə razlaşmadığına görə ikinci sarı vərəqəni alıb. Həmin vaxt hesab 2:1 "Dinamo"nun xeyrinə olub. Matç yoldaşlıq görüşü olsa da, gənc hakimimiz prinsipiallığını göstərərək yeni futbolçunun meydana çıxmasına icazə verməyib. Nəticədə son 20 dəqiqəni azlıqda keçirməli olan Ukrayna klubu daha bir qol buraxaraq 1:3 hesablı məğlubiyyət alıb.
Xatırladaq ki, Həsənova yan xət hakimləri Akif Əmirəli ilə Cəmil Quliyev yardımçı olub.