
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2017-ci ilin ilk turunun oyun cədvəli açıqlanıb. Sportnet.az-ın məlumata görə, XV tura Bakıda start veriləcək.
Bu turda yalnız bir oyun bölgədə baş tutacaq ki, həmin görüşdə "Qəbələ" və "Sumqayıt" komandaları üz-üzə gələcək. Bütün oyunlar "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq.
Azərbaycan Premyer Liqası, XV tur
28 yanvar
15:00. "Qəbələ" - "Sumqayıt"
Qəbələ şəhər stadionu
17:30. "İnter" - "Kəpəz"
"İnter Arena"
29 yanvar
15:00. "Zirə" - AZAL
Zirə İdman Kompleksinin stadionu
17:30. "Qarabağ" - "Neftçi"
"Azersun Arena"