1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
Çingiz Abdullayevdən nazirlə bağlı qalmaqallı açıqlama
"Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev qalmaqallı açıqlama ilə gündəmə gəlib.
Sportnet.az-ın məlumatına görə, xalq yazıçısı Lent.az-a müsahibəsində gənclər və idman naziri Azad Rəhimovun İtaliyaya səfəri zamanı xoşagəlməz olayla üzləşdiyini açıqlayıb.
O deyib: "Azad Rəhimov İtaliyada səfərdə olanda mənə zəng vurub dedi ki, mənim diplomatım (portfel) səfirin maşınında qalıb, maşının şüşəsini sındırıb çantanı aparıblar. İçində xeyli pul, sənədlər, pasport və sənin avtoqrafla verdiyin kitabın vardı. Mən o kitabdan başqa heç nəyə təəssüflənmirəm, sənədlər düzələcək, amma heyf kitabdan. Dedim, sən nə danışırsan, sağ-salamat gəlib çıx, mən o kitabdan sənə ikisini hədiyyə edərəm. Doğurdan fəxr edirəm ki, bizim ən intellektual şəxslərimiz, siyasi elitamız mənim kitablarımı oxuyur".
Qeyd edək ki, Çingiz Abdullayev müsahibəsində "Neftçi"dəki fəaliyyətinə toxunmayıb.