"Qəbələ" və "Sumqayıt" arasındakı Azərbaycan Premyer Liqasının XV tur matçında maraqlı olay baş verib.
Sportnet.az-ın məlumatına görə, 75-ci dəqiqədə görüşün baş hakimi Əliyar Ağayevin cibindən sarı vərəqəsi yerə düşüb.
Amma Ağayev bundan vaxtından xəbər tuta və elə oyun gedə-gedə vərəqəni yerdən götürə bilib.
Qeyd edək ki, hazırda hesab bərabərdir - 1:1.