1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rauf Əliyev: "Bizə vəd olundu ki, "İnter" yaşayacaq" - MÜSAHİBƏ
"İnter"in futbolçusu Raif Əliyev Azərbaycan Premyer Liqasının XV turunda "Kəpəz"lə oyundan sonra brifinq keçirib. Matçda komandasının son qoluna imza atan hücumçu Sportnet.az-ın qarşılaşmada olan əməkdaşının da suallarını cavablandırıb.
- Oyun necə keçdi: Beynəlxalq Bankın "İnter"ə sponsorluqdan imtina etməsi xəbərindən sonra komandanızda gərginlik var idimi?
- Komanda yoldaşlarımın mətbuatda dedikləri kimi, fikirlərimizi bu olaya o qədər yönəltmədik. "İnter"in bundan da çətin günü olub. Biz inanırıq ki, kollektiv, komanda dağılmayacaq. Öz oyunumuzu göstərdik. Ancaq irəlidə çox qarşılaşmamız var. İlin ilk oyunu vacibdir. Çünki bu, üçüncü dövrəyə uğurlu başlamağımız üçün yaxşı motivasiya idi. Bu gün böyük fərqlə qalib gəldik və hər şey normaldır.
- Oyunda ilk qol gözlənilməz oldu...
- Düzü, elədir. "Kəpəz"in vurduğu qoldan öncə bir neçə yaxşı şansımız olsa da, bundan istifadə edə bilmədik. Ancaq bizim üçün ən vacibi odur ki, ilk hissənin son dəqiqəsində hesabı bərabərləşdirə bildik. Bu, olmasaydı, bəlkə də ikinci hissədə bizim üçün çox çətin olacaqdı.
- "İnter" ikinci hissədə çox fəal idi. Bu, heç gözlənilmirdi...
- Bizdə, adətən, həmişə ikinci hissədə bir az canlanma olur. Elə bil ki, komanda birinci hissədə yuxulayır. Ancaq fasilədən sonra fəal oynamağımız hiss olunur. Bu da nəticəyə öz təsirini göstərdi, 3 xal qazandıq.
- Qol vurmaq üçün çox çalışdın və nəhayət, arzuna çatdın...
- Əlbəttə. Hücumçu kimi qol vurmağı çox istəyirdim. Komanda yoldaşlarım qol vurmuşdu və mən də fərqlənmək istəyirdim. Sağ olsun, İlkin Qırtımov da yaxşı ötürmə etdi. Bundan əvvəl yaxşı qol epizodum oldu, təkbətək çıxdım. Ancaq fərqlənə bilmədim. Onda bir az həvəsdən düşmüşdüm. Ancaq bir hücumçu kimi öz qolumu vurdum.
- Qarda oynamağa hazır deyildiniz...
- Hə, çünki dünən oyundan əvvəl hava sakit idi. Bu gün də matçdan əvvəl qar yox idi. Qarşılaşma başlayanda yer dümağ oldu. Bir şey də var ki, süni meydanda qarda oynayanda o qədər təsir göstərmir. Palçıq, bir şey olmur.
- Həftəiçi belə xəbər çıxdı ki, maaşda gecikmə olub....
- Mətbuata bildirdik ki, maaşda bir ay gecikmə olub. Bizdə VÖEN-lə bağlı problemlər yaranmışdı. Buna görə yubanba oldu.
- Klubun gələcək taleyi ilə bağlı rəhbərliklə görüş oldu? Nə söhbət oldu, nə vəd olundu?
- Bizə vəd olunan odur ki, klub yaşayacaq. Yaya kimi yüz faizdir. Bizə deyilib ki, narahat olmayın, hər şey vaxtlı-vaxtında həll olunacaq. Yaydan sonraya gəlincə, mən inanmıram ki, "İnter" kimi klub dağılsın. 10 ilə aşağı səviyyədən bura çatdırmaqdansa, hazır klubdur, bunu yaşatmaq daha məqsədəuyğundur.
- Hesab etmirsən ki, "İnter" pul olmayanda daha yaxşı oynayır? Çünki ötən yay klubda problemlər olanda Avropa Liqasının III təsnifat mərhələsinədək gedib çıxdı...
- "İnter" bu gün çox yaxşı kollektivə malikdir. Bunun nəticəsidir ki, yaxşı oynayırıq. Gedənlər olsa da, kollektiv dağılmır. baş məşqçisindən tutmuş sıradan bir işçisinədək çox yaxşı komanda formalaşıb. Bu da yaxşı nəticəyə təsirini göstərib.
- Gedənlər demişkən, onların yerləri hiss olunurmu?
- İlk oyunda hiss etmədik. Mən əvvəl də demişdim ki, komandamız bir futbolçudan yox, 10 nəfərdən asılıdır. Buna görə fərqi hiss etmədik.
- Qışda getmək şansın var idimi?
- Açığı, var idi. Yalandan "yox" deyə bilmərəm. Ancaq "İnter" mənə artıq doğma olduğu üçün belə vəziyyətdə getmək istəmədim.
- Getmədiyinə görə peşman oldunmu?
- Yox. Niyə peşman olum ki? İndiyədək peşman olacaq bir qərar verməmişəm.